Türkiyənin strateji obyektində casus qalmaqalı:


Dünya 23 İyn 2018 15:47:00 240 0

Türkiyənin strateji obyektində casus qalmaqalı:

Türkiyənin ilk "Akkuyu" Atom-Elektrik Stansiyası (AES) layihəsini həyata keçirən Rusiya şirkəti təmsilçisinin casus olduğuna dair məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, Rusiyanın ən populyar nəşrlərindən olan "KP" casusluqda ittiham olunaraq həbs edilən, buna qədər dövlət enerji şirkəti "İnter RAO"da yüksək vəzifə tutan Karina Tsurkanla bağlı mühüm məqamlara işıq salıb.

"KP" Tsurkanın Türkiyənin ilk AES-i olacaq "Akkuyu" da 2017-ci ilə qədər rəhbər heyətdə qalmasına işarə edərək, Rusiyanın xüsusi xidmət orqanlarının bu məsələni diqqətə götürdüyünü yazıb.

"KP" Rusiya kəşfiyyatındakı mənbəyə istinadən bu barədə bəzi detalları yayımlayıb:

"Xüsusi xidmət orqanları Tsurkanın əsasən, "Akkuyu"dakı fəaliyyətinin araşdırır. Çünki Tsurkan 2017-ci ilə qədər "Akkuyu" AES-in rəhbərliyində təmil olunub və həmin AES-də həddindən artıq qəribə hadisələr baş verirdi. Hətta buna görə layihənin icrası bir müddət dayandırılmışdı.