Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb


Digərləri 23 İyn 2018 15:32:56 247 0

Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb

Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb

Bakı. Ənvər Məmmədov - Rusiyalı gimnast Yuriy Busse Bakıda Milli Gimnastika Arenasından yüksək zövq alıb. İdman gimnastikası üzrə təsnifat yarışlarındakı çıxışından sonra təəssüratlarını Trend-ə bölüşən rus gimnast deyib ki, Bakıda ilk dəfə olur və burada çıxış etmək çox xoşuna gəlib: "Sizin gözəl arenanız və keyfiyyətli idman alətləriniz var". Gimnast öz çıxışları barəsində yüksək fikirdədir və Olimpiya oyunlarına vəsiqə qazanacağına ümid edir: "Ümumilikdə çıxışlar uğurlu oldu. Qeyr-bərabər barlarda bəzi səhvlər oldu, ancaq bu nəticəyə təsir etmədi. Ümid edirəm ki, mən Buenos-Ayresdəki Olimpiadaya düşə biləcəyəm". Qeyd edək ki, Y.Busse birinci rotasiyadan sonra 80,731 balla birinci yerdədir.