Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir


Digərləri 23 İyn 2018 15:25:00 299 0

Ölkəyə gələnlərin çoxu siqaret və spirtli içkilər gətirir

Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinin rəisi Eldar Əhmədov sözügedən postda vaxtaşırı olaraq müşahidə edilən sərnişin sıxlığının yaranmasının səbəblərindən danışıb.

Son.az bildirir ki, E.Əhmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda müşahidə edilən sıxlıq yay mövsümü ilə əlaqədardır:

"Çünki ölkədən istirahətə gedənlərin sayı çoxdur. Eyni zamanda ölkəmizə də turistlər gəlir. Daha çox axşam saatlarında sıxlıq qeydə alınır. Günorta saatlarında isti havayla əlaqədar sıxlıq az olur".

Sərnişinlərə xidmət göstərən gömrük xidməti əməkdaşlarının sayının azlığı ilə bağlı problemə də aydınlıq gətirən E.Əhmədov qeyd edib ki, hazırda "Sınıq Körpü" Gömrük postunda gömrük nəzarətinin daha da səmərəli və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanlarının kadr potensialı gücləndirilir və bu istiqamətdə işlər davam etdirilməkdədir.

Şöbə rəisi bildirib ki, gün ərzində gömrük sərhəd buraxılış məntəqəsində fiziki şəxslər tərəfindən 800-ə yaxın sadələşdirilmiş bəyannamə yazılır və onun da 500-ə qədəri alkoqollu içkilər və tütün məhsullarına aiddir: