Xırdalanda rəzalət: şəhid məzarlığı dağıdıldı VİDEO


Digərləri 23 İyn 2018 14:23:00 270 0

Xırdalanda rəzalət: şəhid məzarlığı dağıdıldı  VİDEO

Xırdalan qəbiristanlığında Əfqan Şəhidliyi dağıdılıb.

Son.az axar.az-a istinadən  xəbər verir ki, qəbirlərin dağıdılmasını əks etdirən video sosial şəbəkədə yayılıb. Görüntülərdə Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı öz əksini tapıb.

Xırdalan qəbiristanlığında "Əfqan şəhidləri xiyabanı" adlanan yerdə dağıdılan şəhid məzarları birinci Qarabağ müharibəsində Əfqanıstandan, xüsusilə Kabul, Qəndəhar, Nanqahar şəhərindən Azərbaycana könüllü olaraq gələn əsgərlərin məzarlarıdır. Sözügedən şəhidlər Füzuli və Ağdam cəbhəsində döyüşüblər.

Qəbiristanlıqda təkcə qəbirlər deyil, pilləkənlər, hasar daşları da dağılıb, şəhidlərə aid olan məzarıq hissə bərbad vəziyyətə düşüb. Qeyd edək ki, bu şəhidliyin qurulması Azərbaycanın torpaqları uğrunda döyüşən insana - kimliyindən asılı olmayaraq - göstərdiyi sayğının nəticəsidir. Təəssüf ki, bu diqqət və qayğı kimlərinsə vəhşiliyi nəticəsində əks təbliğata çevrilir.

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli axar.az-a açıqlamasında sözügedən qəbiristanlığın başqa rayonun ərazisinə düşdüyünü deyib:

"Hadisə ilə maraqlanmışam. Məlumatınıza çatdırım ki, sözügedən ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir".

Videonu izləmək üçün şəklə klikləyin: