"Qarabağ'ın çox güclü heyəti var”


İdman 23 İyn 2018 14:16:00 323 0

"Qarabağ'ın çox güclü heyəti var”

“Asan rəqib yoxdur. Yaxşılardan biri olmaq istəyirsənsə, ən yaxşıya qarşı oynamalı və onu məğlub etməlisən”.

Goal.az xəbər verir ki, bunu Olimpia-nın baş məşqçisi İliya Stolitsa yerli mətbuata açıqlamasında cütlüyü dəyərləndirərkən deyib.

Stolitsa heyətlə bağlı problemlərinin olduğunu vurğulayıb: Qarabağ çox güclü heyətə malik olan komandadır. Heyəti formalaşdırmalı və mümkün qədər tez gücləndirməliyik. Bütün xətlərə oyunçu axtarırıq. Həm yerli, həm də əcnəbilər arasında seçim aparırıq. Müdafiəçi, universal yarımmüdafiəçi və hücumçu almaq istəyirik. Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm. Əcnəbilər daha güclü olmalı və fərq yaratmalıdılar. Təsir göstərə bilmədiyim yeganə şey azalan vaxtdır”.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 11-də Lyublyanada, cavab qarşılaşması isə ayın 18-də Bakıda baş tutacaq.