"Messinin ciddi psixoloji problemləri var"


İdman 23 İyn 2018 13:44:00 294 0

"Messinin ciddi psixoloji problemləri var"

Argentina millisinin hücumçusu Lionel Messi hazırda Rusiyada ciddi psixoloji problemlər keçirir.

Goal.az xəbər verir ki, bu haqda millidəki mənbə bildirib:

"Mənim tanıdığım Leo sanki dünya çempionatına gəlməyib. O, sənin qarşında dayananda da sanki yox kimidir".

Qeyd edək ki, 30 yaşlı hücumçu bu çempionatda nə qol vura, nə də qolla nəticələnən ötürmə verə bilib. Argentina isə iki oyundan cəmi bir xal yığıb.