“Evdə tək olanda anlayırsan ki, sən kimsən”


Şou-biznes 23 İyn 2018 13:34:00 281 0

“Evdə tək olanda anlayırsan ki, sən kimsən”

Milyon, milyard qazansam da, Azərbaycansız mümkün deyil...

Son.az bildirir ki, ARB Ulduz-un "Virtual həyat" verilişinin növbəti qonağı müğənni Niyam Salami olub. Bodrumda mövsümün hələ yeni başladığını söyləyən sənətçi öz ölkəsi üçün darıxdığını, səhnə və evi üçün həsrət çəkdiyini etiraf etdi: "Hamı bilir ki, Bodrumda istirahət mövsümü 10 gündən sonra daha da güclənəcək. Ancaq mən ora pul qazanmaq üçün getməmişəm. Etiraf edim ki, mənim bağrım partlayır. Milyon, milyard qazansam da, Azərbaycansız mümkün deyil. Mənim darıxdığım səhnədir, alqışdır, bir də evim üçün çox darıxıram. Evdə tək oturursan ha, bax o zaman anlayırsan ki, sən kimsən". Niyam daha sonra Bakıda biznes qurmasından söz açıb: "Bundan sonra ürəkli gəlib-gedəcəm. Burda elə bir işim var ki, həmin işin başında olmalıyam. Biləcəksiz. Ticarətlə bağlı işdir". Niyam Salami ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto