Bu gün "Taxtlar oyunu"nun ulduzlarının toyudur FOTO


Digərləri 23 İyn 2018 13:20:00 308 0

Bu gün "Taxtlar oyunu"nun ulduzlarının toyudur  FOTO

Dünyaca məşhur "Taxtlar oyunu" (Game Of Thrones) telesreialının ulduzları Kit Harinqton və Rouz Lesli bu gün evlənirlər.

Son.az Daily Mail-ə istinadən bildirir ki, nikah və toy mərasimləri Şotlandiyanın şimalındakı Aberdinşirdə yerləşən Uordhill (Wardhill) qəsrində keçiriləcək.

Roouz Leslinin nəsli 900 ildən bəri bu qəsrə sahiblik edir.

Qəsrin həyətində toy üçün nəhəng çadır qurulub.

Toya dəvət olunmuş Sofi Törner, Piter Dinkleyc, Malin Akerman, Cek Donnelli, Emiliya Klark və digər aktyorlar bu gün səhər saatlarında Aberdin şəhərinin hava limanında görünüblər.