32 ölkədən olan gimnastlar Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparır (FOTOREPORTAJ)


Digərləri 23 İyn 2018 13:28:00 287 0

32 ölkədən olan gimnastlar Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparır (FOTOREPORTAJ)

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir

Bakı. Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir. Trend-in məlumatına görə, Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq. Artıq yarışlarda birinci rotasiya başa çatıb, növbəti iki rotasiyadan sonra Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazananların adları məlum olacaq.