Qarabağ-ın maraq dairəsində olan futbolçu seçimini etdi


İdman 23 İyn 2018 13:00:00 272 0

Qarabağ-ın maraq dairəsində olan futbolçu seçimini etdi

Qarabağ-ın maraq dairəsində olan Xama Billiat seçimini edib. 

Goal.az-ın məlumatına görə, forvard karyerasını Cənubi Afrikada davam etdirəcək.

Mamelodi Sandawns-la müqavilə müddəti başa çatan futbolçu Avropaya yollanmağı planlaşdırsa da, son anda qərarını dəyişib. Zimbabve millisinin üzvü yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Xama Billiat Qarabağ-la yanaşı, Avropadan JurgardenStyaua-nın transfer gündəmində idi.