Sumqayıt'a yeni məşqçi təyin olundu


İdman 23 İyn 2018 12:34:00 288 0

Sumqayıt'a yeni məşqçi təyin olundu

Sumqayıt futbol klubunun baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən biri müəyyənləşib.

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Emil Babayev qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 37 yaşlı mütəxəssis 2008-2009-cu illər ərzində Neftçi-nin əvəzedici komandasında, 2008-2011-ci illərdə Azərbaycanın U-15 və U-17 milli komandalarında işləyib. E.Babayev həmçinin 2009-2011-ci illərdə Rəvan-da, 2012-2015-ci illərdə Simurq-da, 2016-2018-ci illərdə isə Rusiyanın MOİK futbol akademiyasında çalışıb.