Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar


Digərləri 23 İyn 2018 11:30:00 243 0

Daha 3 məmur işdən çıxarıldı: yeni təyinatlar

Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb.    Son.az report-a istinadən xəbər verir ki, icra başçısı Əziz Əzizovunimzaladığı əmrə əsasən, rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyevvəzifədən azad olunublar. 

Digər əmrlə Seyran Həsənov rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər. 

Ə.Əzizov bir müddət əvvəl özünə köməkçi təyin etdiyi Fəxrəddin Məmmədovu da işdən çıxarıb. Həmin vəzifəyə Murad Ağayevgətirilib. M.Ağayev əvvəllər Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb.