“İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün seminar FOTO


Digərləri 23 İyn 2018 11:37:00 347 0

“İnsan alveri və məcburi əmək” mövzusunda jurnalistlər üçün seminar  FOTO

22 iyun tarixində femida.az hüquq yüklü xəbər portalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Milli Hüquq Evinin birgə seminarı baş tutub.

Son.az sözügedən sayta istinadən xəbər verir ki, tədbirdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi nin əməkdaşı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov , Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Ruslan Vəliyev və media qurumlarının əməkdaşları iştirak ediblər. 

Seminarda insan alveri anlayışı, insan alveri qurbanları, onların sosial və hüquqi müdafiəsi, insan alverinə qarşı mübarizə tədbirləri, məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsi və s. məlumat verilib. 

Seminarda hüquqşünas Sahib Məmmədov qanunsuz miqrasiya, məcburi əmək və insan alveri qurbanları ilə bağlı çıxış edib və məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən söz açıb. Bildirilib ki, məcburi əmək insan istismarının bir formasıdır. 


Xəbərə aid fotolar