Avtoxuliqan həbs olundu FOTO


Digərləri 23 İyn 2018 10:44:00 382 0

Avtoxuliqan həbs olundu  FOTO

Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən " VAZ 21011" markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən "Saxla" əmri verilib.

Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib.


Xəbərə aid fotolar