Almaniya millisində itki


İdman 23 İyn 2018 10:48:00 319 0

Almaniya millisində itki

Dünya çempionatının qrup mərhələsinin II turunda İsveçlə qarşılaşacaq Almaniya yığması ciddi itki ilə üzləşib.

Goal.az-ın AS nəşrinə istinadən məlumatına görə, bu barədə məlumatı komandanın baş məşqçisi Yoahim Löv verib.

Təcrübəli mütəxəssis mərkəz müdafiəçisi Mats Hummelsin zədələndiyini açıqlayıb. Löv ulduz futbolçunun bu səbəbdən sabahkı qarşılaşmanı buraxacağını bildirib.

Qeyd edək ki, Almaniya – İsveç görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.