Neymar üçüncü oldu


İdman 23 İyn 2018 10:27:00 265 0

Neymar üçüncü oldu

Braziliya millisi DÇ-2018-dəki ikinci oyununda Kosta-Rikanı 2:0 hesabı ilə məğlub edib ki, qollardan birini də Neymar vurub. 

Goal.az xəbər verir ki, Neymar millidəki qollarının sayını 56-ya çatdırıb. PSG-nin forvardı Romarionu geridə qoymaqla qol sayına görə yığmanın bombardirləri siyahısında üçüncü pilləyə yüksəlib. Hazırda Neymar yalnız Ronaldo (67 qol) və Peledən (77) geri qalır.