Livanda qadın polislər şort geyiniblər


Dünya 23 İyn 2018 09:46:00 401 0

Livanda qadın polislər şort geyiniblər

Livan şəhərlərindən birində turist cəlb etmək məqsədi ilə gənc polis qızlara cəlbedici uniforma geyindirilib.

Son.az report-a stinadən xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər.

Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib.

"Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.