DÇ-2018: II turun növbəti görüşləri keçiriləcək


İdman 23 İyn 2018 09:41:00 375 0

DÇ-2018: II turun növbəti görüşləri keçiriləcək

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək.

Goal.az xəbər verir ki, günün ilk qarşılaşması Belçika və Tunis yığmaları arasında oynanılacaq. G qrupunun ilk turunda Belçika Panamanı 3:0 hesabı ilə üstələyib. Tunis isə İngiltərəyə 1:2 hesabı ilə məğlub olub. Belçika qələbə qazanacağı təqdirdə, növbəti mərhələni böyük ölçüdə təmin edəcək.

Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Cənubi Koreya Meksika ilə, Almaniya isə İsveçlə qarşılaşacaq. İlk turda Almaniya Meksikaya 0:1 hesabı ilə uduzub. İsveç yığması isə Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib. Almaniya bu matçda da qələbə qazana bilməsə, növbəti mərhələ şanslarını çətinləşdirəcək. 

DÇ-2018

II tur

G qrupu

16:00. Belçika- Tunis

Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)

Moskva, "Spartak" stadionu



F qrupu

19:00. Cənubi Koreya - Meksika

Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama) Rostov-Don, "Rostov Arena"



22:00. Almania - İsveç

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)

Soçi "Fişt" stadionu