Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu (FOTO)


Digərləri 23 İyn 2018 09:44:28 294 0

Zaqatalada avtoxuliqanlıq edən şəxs həbs olundu (FOTO)

Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Zaqatala rayonunda avtoxuliqanlıq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Zaqatalada şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edən “ VAZ 21011” markalı avtomobilin sürücüsünə həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən “Saxla” əmri verilib. Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili YPX ekipajı təqib edib. Yol polisi əməkdaşlarının sayıqlığı nəticəsində onu saxlamaq mümkün olub. Sürücünün Zaqatala şəhər sakini Emil İbrahimov olduğu müəyyən edilib. O, saxlanılaraq məhkəmə orqanlarına təhvil verilib. Zaqatala Rayon Məhkəməsinin qərarı ilə ona 40 sutkalıq həbs cəzası verilib.