Kolumbiyalı azarkeşlər suda boğulan rusiyalını xilas ediblər VİDEO


Dünya 23 İyn 2018 08:50:00 355 0

Kolumbiyalı azarkeşlər suda boğulan rusiyalını xilas ediblər  VİDEO

Rusiyanın Kazan şəhərində Kolumbiyadan olan futbol azarkeşləri çayda çimmək istəyən, lakin sudan çıxa bilməyən yerli sakini xilas ediblər.

Son.az "Report"a istinadən bildirir ki, hadisə üç kolumbiyalı azarkeş kafedə istirahət edən zaman baş verib.

Qonşu masada əyləşən kişi paltarlarını çıxardaraq çaya baş vurub. Lakin kişinin boğulduğunu görə fanatlar onu sudan çıxartmaq qərarına gəliblər. Kişi ingilis dilində qonaqlara minnətdarlığını bildirib.


Xəbərə aid video