Mingəçevirdə dəmir jalüz mağaza sahibinin başına düşüb


Digərləri 23 İyn 2018 08:40:00 232 0

Mingəçevirdə dəmir jalüz mağaza sahibinin başına düşüb

Mingəçevir şəhərində mağaza sahibi ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Həsənov Kazım Həsən oğlu ticarət mərkəzlərindən birində yerləşən ərzaq mağazasını bağlamaq istəyən zaman, qapının dəmir jalüzü başına düşərək ona ağır xəsarət yetirib.

Sahibkarıın başı yarılıb və o, kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.