“Tesla”da qənaət tədbirləri


Digərləri 23 İyn 2018 08:45:00 260 0

“Tesla”da qənaət tədbirləri

"Tesla" şirkəti ABŞ-ın 9 ştatında Günəş enerjisinin istehsalı və quraşdırılması ilə məşğul olan 10-dan artıq yerli bölməsini bağlayacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Əsas biznesi elektromobil istehsalı olan "Tesla" bu yaxınlarda əməkdaşlarının 9%-ni (4 min nəfərdən çox) ixtisar etmək qərarına gəlib. Bu qərar Günəş enerjisi ilə məşğul olan bölmənin işinə də təsir edib. 2016-cı ildə "Tesla" 2,6 milyard dollara "SolarCity" enerji şirkətini satın almışdı. "Tesla" nümayəndələri bildirmişdilər ki, bu alışdan sonra şirkət elektrik enerjisi yığan qurğular və evlərin damında quraşdırmaq üçün yeni tip Günəş batareyaları buraxacaqlar.