İşdə məhəbbət macərası: Şirkət rəhbəri


Digərləri 23 İyn 2018 08:35:00 438 0

İşdə məhəbbət macərası: Şirkət rəhbəri

ABŞ-ın məşhur "Intel" korporasiyasının baş direktoru Brayan Krjaniç istefaya göndərilib. O, Direktorlar Şurasından da çıxarılacaq.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbi B. Krjaniçin daxili qaydalara zidd olaraq, əməkdaşlardan biri ilə eşq macərası yaşamasıdır.

"Məlumat çatdı ki, Krjaniç əməkdaşlardan biri ilə daha əvvəl eşq yaşayıb. Aparılan araşdırma "Intel"də qəbul olunmuş, işdə eşq macərasını qadağan edən normaların pozulması faktını təsdiqləyib. Bu qaydalar bütün menecerlərə aiddir", - deyə şirkətin rəsmi açıqlamasında bildirilir.