Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb


Digərləri 23 İyn 2018 08:10:00 256 0

Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada ölüb

Ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib

Bakıda 5 gün əvvəl vurulan piyada xəstəxanada dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, ölüm hadisəsi gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

Xəstəxananın reanimasiya şöbəsində yatan 1957-ci il təvəllüdlü Əliyev Şahbaba Əlibaba oğlunun vəziyyəti ağırlaşıb. O, həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisə iyunun 18-də DSK yolunda baş verib. Ş.Əliyev yolu keçərkən onu "KİA Optima" markalı avtomobil vurub.