TV və internet istifadəçilərinin sayı nə vaxt bərabərləşəcək?


Digərləri 23 İyn 2018 08:15:00 254 0

TV və internet istifadəçilərinin sayı nə vaxt bərabərləşəcək?

İnsanlar uzun müddət televiziyalara üstünlük verirdilər. Ancaq televiziyaların da öz liderliyini itirmək şansı var.

Son.az lent.az-a istinadən xəbər verir ki, araşdırmaçılar iddia edirlər ki, bu, tez bir zamanda baş verəcək.  

"Zenith" media agentliyinin məlumatlarına əsasən, artıq gələn il televiziya və internet istifadəsinin həcmləri bərabərləşəcək. Analitiklərin məlumatları göstərir ki, bütün dünyada insanlar internetə 0,3 dəqiqə daha çox vaxt ayıracaqlar, nəinki televiziyaya. Bu zaman televiziyada 170,3, internetdə isə 170,6 əmsal olacaq. Bu nəzəriyyə bugünkü tendensiyalar dəyişməz qaldığı halda işə yarayacaq.