Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO


Dünya 23 İyn 2018 07:51:10 262 0

Livanda qadın polislər turist cəlb etmək üçün şort geyiniblər - VİDEO

Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib

Livan şəhərlərindən birində turist cəlb etmək məqsədi ilə gənc polis qızlara cəlbedici uniforma geyindirilib.

“Report” xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər.

Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib.

"Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.