ABŞ sakini cinsi zorakılığa görə 6 əsr azadlıqdan məhrum edilib


Dünya 23 İyn 2018 07:15:29 351 0

ABŞ sakini cinsi zorakılığa görə 6 əsr azadlıqdan məhrum edilib

O, yalnız 2243-cü ildə azadlığa çıxa bilər

ABŞ-ın Texas ştatının sakini Brayant Edvard Dalin uşaqlar üzərində cinsi zorakılığa görə 645 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 46 yaşlı kişi 10 ildən çox müddət ərzində 4 qız uşağına qarşı əxlaqsızlıqla məşğul olub.

Bildirilir ki, o azadlığa yalnız 2243-cü ildə çıxa bilər. Bu o deməkdir ki, Dalin ömrünün qalan hissəsini həbsxanada keçirəcək.

Dalin 2016-cı ilin dekabrında, 6 yaşlı qızın etirafından sonra həbs edilib. Qız çılpaq kişinin onu eyni yataqda uzanmağa məcbur etdiyini bildirib.