Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər (ÖZƏL)


Digərləri 23 İyn 2018 07:06:00 313 0

Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər (ÖZƏL)

Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın göstəricilərini iki ölkənin işgüzar dairələri arasında birbaşa tərəfdaşlıq münasibətlərini inkişaf etdirərək və investisiya əməkdaşlığının miqyasını genişləndirərək bir neçə dəfə artırmaq olar.

Bakı. Fikrət Doluxanov - Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın göstəricilərini iki ölkənin işgüzar dairələri arasında birbaşa tərəfdaşlıq münasibətlərini inkişaf etdirərək və investisiya əməkdaşlığının miqyasını genişləndirərək bir neçə dəfə artırmaq olar. Bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib. Onun sözlərinə görə, bank-maliyyə sektorunda əlaqələri inkişaf etdirmək lazımdır, iki ölkənin ixrac malları və xidmətlərinin siyahısına əsaslı şəkildə yenidən baxmağa ehtiyac var, çünki bu biznesmenlər arasında dialoqun genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir: “Hazırki ticari-iqtisadi əlaqələrin səviyyəsi bizi qane edə bilməz. 2017-ci ilin nəticələrinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 31,2 milyon dollar təşkil edib, onlardan 26,2 milyon dollar Özbəkistanın ixracı və yalnız 2,9 milyon dollar idxalına aiddir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdən potensialın tam istifadə olunması üçün səylərin artırılması tələb olunur”. Səfir xatırladıb ki, Özbəkistana investisiyaların cəlb olunması üçün Şavkat Mirziyoyev tərəfindən kiçik də daxil olmaqla istənilən miqyasda biznesin aparılması üçün vergi, gömrük, kredit güzəştləri ilə xüsusi iqtisadi məkan olan azad iqtisadi zonalar yaradılıb.