İmişli rayonunda uşağı yük avtomobili vurub


Sosial 23 İyn 2018 04:50:58 364 0

İmişli rayonunda uşağı yük avtomobili vurub

Hadisə Qaralar kəndində baş verib

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2007-ci il təvəllüdlü Məmmədov Elnur Şahin oğlu Qaralar kəndində qəfil taxıl sahəsindən çıxarkən onu "Kamaz" markalı avtomobil vurub.

Yaralı Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.