Bakıda velosiped minik maşını ilə toqquşub - FOTO


Sosial 23 İyn 2018 00:14:25 352 0

Bakıda velosiped minik maşını ilə toqquşub - FOTO

Velosipedçi huşunu itirdiyindən onun nəqliyyat vasitəsi oğulanıb

Ötən gün axşam saatlarında paytaxt ərazisində velosiped "Toyota Camry" markalı avtomobil ilə toqquşub.

"Report" xəbər verir ki, qəza Azərbaycan Dövlət Akademik Dram Teatrı yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində velosipedçi, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Elvin Elxan oğlu yaralanıb. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

E.Fərzəliyevin "Report"a verdiyi məlumata görə, o, hadisədən sonra huşunu itirib. Bu səbəbdən velosipedi də oğurlanıb. E.Fərzəliyevin dediyinə görə, polis artıq ona aid olması ehtimal edilən velosipedi tapıb.

Faktla bağlı araşdırma aparılır.