Daha bir Azərbaycan Ticarət Evi Həştərxanda açılacaq


Digərləri 22 İyn 2018 22:53:00 292 0

Daha bir Azərbaycan Ticarət Evi Həştərxanda açılacaq

Gələn il Rusiyanın Həştərxan şəhərində Azərbaycan Ticarət Evi açılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sədrliyi ilə Turizm üzrə Regional Şuranın iclasında müzakirə edilib.

İclas zamanı A.Jilkin qeyd edib ki, Azərbaycan məhsullarına nəinki həştərxanlılar, eləcə də turistlər arasında böyük tələbat olacaq.

Ticarət Evi bu ilin mayında Həştərxanın Bakı küçəsində açılan Azərbaycan Biznes Mərkəzinin qonşuluğunda yerləşəcək. Hazırda Biznes Mərkəzinin ərazisində 25 Azərbaycan şirkətinin məhsullarından ibarət sərgi təşkil edilib.