Rusiya Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrini dəyişdi


Digərləri 22 İyn 2018 22:33:00 204 0

Rusiya Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrini dəyişdi

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Rusiya tərəfinin sədri təyin olunub.

Bakı. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının Rusiya tərəfinin sədri təyin olunub. Trend-in məlumatına görə, bu barədə Rusiya hökumətinin sərəncamında bildirilir. Qeyd edək ki, Oreşkin bu vəzifədə bu ilin may ayında "Roskosmos"un (Rusiya Federal Kosmik Agentliyinin) baş direktoru təyin olunan Dmitri Roqozini əvəz edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin