Türkiyə və Gürcüstanı İrana dəyişən azərbaycanlı turistlərin sayı artıb - 15,4 faiz


Digərləri 22 İyn 2018 22:07:39 272 0

Türkiyə və Gürcüstanı İrana dəyişən azərbaycanlı turistlərin sayı artıb - 15,4 faiz

Bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan, Rusiyaya gedənlərin sayı azalıb.

Bakı. İlhamə İsabalayeva - Bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan, Rusiyaya gedənlərin sayı isə azalıb. Trend-in məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6 faizi kişilər, 30,4 faizi isə qadınlar olub.