Xalq artisti oğurluq etdiyini illər sonra ETİRAF edib, ağladı: "Bunu hələ də özümə bağışlamıram"


Şou-biznes 22 İyn 2018 21:59:00 303 0

Xalq artisti oğurluq etdiyini illər sonra ETİRAF edib, ağladı: "Bunu hələ də özümə bağışlamıram"

Xalq artisti Arif Quliyevin Son.az-a müsahibəsi.

- Arif müəllim necəsiz?

- Şükür Allaha, özümü çox yaxşı hiss edirəm. Əsasən də, teatrdan, kinodan danışanda.

- Bugünkü komediyalardan razısınız?

- Əlbəttə, hamısından razıyam. Komediya nə qədər çox olsa, ondan alacağımız məhsul bizi az qane edər. İndiki komediyaları ona görə bəyənirəm ki, hərəsində bir gözəllik var. Biri zəif ola bilər, biri üstün. Lakin bunların hamısının öz çəkisi var. Komediya özü silahdır, biri var güllə ilə birini vurasan, biri də var söz gülləsi ilə. İndi Arif Quliyev dincəlir, yeni komediya aktyorları gəlir.

- Mən çox sevinirəm ki, siz fəaliyyətdə olan gənclərə bu cür dəstəksiniz.

- Yanan işığı gərək daha da alışdırıb, yandırasan. Teatr işığı alışdırır, yandırır. Biz sənətkarlar da o istinin şüasından alıb, bizi sevən tamaşaçılara ötürürük. Bu cür gəncləri mən həmişə alqışlayıram.

- Mən bilirəm ki, siz bir baba kimi nəvələrinizi çox sevirsiniz. Onlara vaxt ayıra bilirsiz?

- Əlbəttə, vaxt ayırıram. Nəvəsiz həyat yoxdur! Evə daxil olan kimi belimə minirlər (gülür). Nəvə heç nəyə baxmır, istəyir titulun olsun, istəyir olmasın. Onlar mənə bütün dərdi-qəmi unutdurur, başımı qatır.