Özbək ulduzu Azərbaycanın əsrarəngiz milli geyimində (FOTO)


Digərləri 22 İyn 2018 21:53:40 361 0

Özbək ulduzu Azərbaycanın əsrarəngiz milli geyimində (FOTO)

Klip çəkilişi Bakının müxtəlif yerlərində - "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Ağ şəhər, Xəzərin sahili və digər yerlərdə aparılıb.

Bakı. Vüqar İmanov - Özbək estradası və kinosunun ulduzu, “Nixol” dövlət mükafatının laureatı Mənzurə azərbaycanlı rejissor Nail Naiboğlunun “Ayrı dünyalar” klipində çəkilib. Bunu Trend-ə Azərbaycan və Özbəkistan xalqlarının dostluğunu əks etdirən layihənin müəllifi deyib. “Banu Dance Studio” rəqs kollektivinin iştirakı ilə klip çəkilişi Bakının müxtəlif yerlərində - "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Ağ şəhər, Xəzərin sahili və digər yerlərdə aparılıb. Klip meyxanaçı Tərlan Novxanının müəllif kompozisiyasına çəkilib. Onlar kompozisiyanı Azərbaycan dilində duet şəklində ifa edirlər. Mənzurə Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin paltarında, eləcə də özbək milli geyimində çıxıb.