37 yaşlı kişi hündürlükdən yıxılaraq xəsarət alıb


Digərləri 22 İyn 2018 21:21:00 320 0

37 yaşlı kişi hündürlükdən yıxılaraq xəsarət alıb

Gəncədə 37 yaşlı kişi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Son.az APA-ya istinadən bildirir ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Seyfullayaev Vüqar Paşa oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olub. Ona müvafiq tibbi yardım göstərilib.

V.Seyfullayevin sözlərinə görə, o, avtoyuma məntəqəsində avtomobili yuyarkən yük maşınından yıxılıb.

Faktla bağlı araşdırma aparılır.