46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb


Digərləri 22 İyn 2018 21:26:00 295 0

46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

Kürdəmir rayonunda 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Mahmud Ağabala oğlu Hacıyev həyətindəki tövlənin damına ot yığarkən ehtiyatsızlıqdan yıxılıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.