"Ərə getdiyim kişi nəslimi də saxlamalıdır, məcburdur" Xoşqədəm


Şou-biznes 22 İyn 2018 21:06:00 368 0

"Ərə getdiyim kişi nəslimi də saxlamalıdır, məcburdur"  Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasındakı qalmaqal məhkəməlik olub.

Son.az axşam.az-a istinadən bildirir ki, N.Səfərli aparıcı haqda "Ərim keçmişdə Xoşqədəmi yox, məni aldığını indi məndən qisas alır" sözlərini deyib. X.Hidayətqızı qarşı tərəfə "Səni axtarıram" verilişində cavab verib:

"Nazilə Səfərli, səni məhkəməyə verdim. Şər və böhtan atdın, dünəndən işlər başlayıb. Bunu mənə sübut edəcəksən. Ailəmə dil uzatmısan. Həyat yoldaşım idmanla məşğul olan, sözünü deyən biridir. Amma mən məhkəməni seçdim. Mənim həyat yoldaşımın harada yaşamasının nə fərqi var? Biz ailə quranda hər ikimiz öhdəliyimizi bildirdik. Nə mən, nə də yoldaşım pul üçün ailə qurmadıq. Hamı gözləyirdi ki, bu gün evləndi, sabah ayrılacaqlar. 

Nazilənin ərinin necə adam, kişi olduğunu bilmirəm. Naziləyə sual verirlər ki, ailədə son qərarı kim verir? Cavab verir: "Pulu kim çox qazanırsa, o da son qərarı verir. Yoldaşım metropolitendə işləyir, ayda 400 manat maaş alır. Mənim təkcə aylıq benzinimin pulu 400 manatdı". 

Mən Xoşqədəm Hidayətqızı ailəni saxlayan, benzin pulumu verən kişiyə ərə gedirəm. Mənim saxlayacağım kişiyə ərə getmərəm, ailəm belə qoymaz bunu. Atam işləməyən, əlində sənəti olmayan kişiyə qız verməzdi. İlk həyat yoldaşım da, indiki də qazanıb.