Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Digərləri 22 İyn 2018 20:25:00 340 0

Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə  ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.

Son.az xəbər verir ki, araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

"Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq", - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.

Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.