Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)


Digərləri 22 İyn 2018 20:16:00 382 0

Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin “Yeni nəsil dəvət edir” layihəsi davam edir.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri “Vətənimizi sevirik” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzinin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşıb. “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib: Azərbaycan və Fransız musiqisi axşamı, G.Figeyredonun “Ezop” tamaşası, M.F. Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli Şah Caduküni Məşhur” və “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə, Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər. Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə keçən konsertdə Sevinc Abidinova, Rəvan Əlvanoğlu, Məftun Səfərli, Anar Əliyev, Məharət Habiloğlu və Suma Tapdıqova muğamlar və Azərbaycan xalq mahnılarını ifa ediblər.