Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Azərbaycana təşəkkür məktubu göndərib FOTO


Digərləri 22 İyn 2018 20:00:00 325 0

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Azərbaycana təşəkkür məktubu göndərib  FOTO

İyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatı zamanı paytaxtımızda olmuş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien mötəbər yarışın uğurla başa çatması ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatı ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərova təşəkkür məktubu göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakıya səfərindən məmnunluğunu ifadə edən UCI prezidenti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat Komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq:

"Bütün bunları nəzərə alaraq Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm".


Xəbərə aid fotolar