Bu ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib FOTO


Digərləri 22 İyn 2018 19:30:00 380 0

Bu ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib  FOTO

Azərbaycan İlahiyyat İnstitutunda ölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  tədbiri giriş sözü ilə açan İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əvvəlcə dəvəti qəbul edib İnstituta gəldikləri üçün ilahiyyatçılara öz təşəkkürünü bildirib.

Sonra o, Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti bu gün böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini, ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə böyük işlər gördüyünü və bir çox uğurlu layihələrə imza atdığını vurğulayıb.

Rektor həmçinin Prezidentin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu qeyd edib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. C.Məmmədov müasir dövrdə Harvard, Oksford və Kembric kimi dünyanın bir çox aparıcı universitetlərində dünya dinlərinin akademik səviyyədə öyrənildiyini və tədqiq edildiyini diqqətə çatdıraraq ölkəmizin təhsil müəssisələrində və dövlət qurumlarında da dərin dini və dünyəvi biliklərə malik kadrlara böyük ehtiyac olduğunu bildirib. O, yeni yaradılmış institutda təkcə Quran, hədis, təfsir, fiqh, kəlam və s. İslam dininin tədrisinə dair ənənəvi fənlərin deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədris olunacağını qeyd edib. Rektorun sözlərinə görə, ölkədə mövcud olan digər aparıcı dinlər - xristianlıq və yəhudiliklə bağlı fənlərin, həmçinin başda ərəb və ingilis dili olmaqla müxtəlif dillərin də İlahiyyat İnstitutunda tədrisi nəzərdə tutulub.

C.Məmmədov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrində mövcud olan aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib. Rektor, görüş iştirakçılarından İnstitutun fəaliyyətinə dair təkliflərini onlara təqdim etmələrini xahiş edərək, bu təkliflərin dəyərləndiriləcyini qeyd edib. O, İnstitutda bir çox sahədə fəaliyyət göstərən alimlərin iştirakı ilə mütəmadi olaraq konfrans, seminar və dəyirmi masalarının təşkil olunacağını vurğulayıb.


Xəbərə aid fotolar