Keşlə 3 futbolçu ilə müqaviləni uzatdı


İdman 22 İyn 2018 19:21:00 306 0

Keşlə 3 futbolçu ilə müqaviləni uzatdı

Keşlə klubu daha 3 futbolçusu ilə müqaviləni yeniləyib. 

Goal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Vaqif Cavadov, Orxan Sadıqlı və Ebrima Sohna ilə yeni sözləşmə imzalayıb. Hər 3 oyunçu daha bir il Keşlə-də çıxış edəcək. 

Qeyd edək ki, daha əvvəl Fuad Bayramov, Slavik Alxasov, Tərlan Quliyev, Cabir Əmirli, Andre Klennon, Murad Qayalı, Sərtan Taşkın, Denis Silva Kruz və Adrian Skarlatake ilə də yeni sözləşmə əldə olunub.