Park Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutub


Digərləri 22 İyn 2018 19:10:00 616 0

Park Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutub

20 iyun tarixində Park Cinema və "100 Business Women of Azerbaijan" təşkilatçılığı ilə ParBulvar ticarət mərkəzində yerləşən Park Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutmuşdur. 

İş qadının həyatı yalnız işgüzar görüşlər və karyerada müşahidə olunan sınaqlar yox, həmçinin dincəlmək və evə təssüratlarla dolu qayıtmağa kömək edən zəngin asudə vaxtdır. Bunu nəzərə alaraq, Park Cinema və "100 Business Women of Azerbaijan"  layihəsi xanımları çoxdandır gözlənilən "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişinə dəvət etdi.  

Kino gecəsinin tərəfdaşları qismində qlobal ödəniş texnologiyalarının lideri MasterCard, həmçinin Coca-Cola şirkəti, italyan restoranı Scalini, Chabiant Winery şərab evi və Cremesso qəhvə markası çıxış etdilər və onların sayəsində qonaqlar möhtəşəm furşetdən zövq aldılar.  Filmin nümayişindən öncə maraqlı viktorina baş tutdu və qonaqlar viktorina zamanı əsas mükafatlar - MasterCard-dan iki ədəd Park Cinema platin kartı və İsmayıllıda möhtəşəm Shato Monolit otelində qalmaq kuponu uğrunda mübarizə apardılar.