Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib


Digərləri 22 İyn 2018 19:06:00 350 0

Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 60 sualdan ibarət test tapşırığını yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 80 dəqiqə, VII sinfə qəbul üzrə müsabiqədə isə 1 saat 40 dəqiqə vaxt verilib.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 315 nəfər iştirak edib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.