Rektor: "Azərbaycan İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"


Sosial 22 İyn 2018 18:39:00 348 0

Rektor: "Azərbaycan İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

"İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib"

Azərbaycan İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün60 plan yeri ayrılıb.

"Report"un məlumatına görə, bu barədəAzərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədoviyunun 22-dəölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə keçirdiyi görüşdə məlumat verib.

Onun sözlərinə görə,Azərbaycan İlahiyyat İnstituna2018-2019-cu tədris ili üçün tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə həyata keçiriləcək: "İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. İslamşünaslıq ixtisası üzrə minimum keçid balı 200 bal müəyyən edilib".

C.Məmmədov Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədə fəaliyyət göstərən elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına veriləcəyini bildirib.