İsmayıllıda uçan körpü qismən bərpa olundu VİDEO FOTO


Digərləri 22 İyn 2018 18:50:00 326 0

İsmayıllıda uçan körpü qismən bərpa olundu  VİDEO  FOTO

İsmayıllı rayonunun Qalacıq kəndində uçan körpünün bərpası zamanı rayon icra hakimiyyəti başçısı Mirdamət Sadıqov da ərazidə olub.  Son.az ARB TV-yə istinadən xəbər verir ki, körpünün müvəqqəti bərpası nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edilib, xırdatutumlu avtomobillər və piyadaların gediş-gəlişi üçün qismən şərait yaranıb.  Hazırda ərazidə çalışan işçi qüvvəsi və ağır texnikalar bərkitmə işi aparırlar.

Xatırladaq ki, Qaraməryəm-İsmayıllı avtomobil yolunun 46-cı km-dən ayrılan Sumağallı-Qalacıq kəndinin girişində Qalacıq çayı üzərində olan körpü yağan yağışlar və güclü sel nəticəsində qəzalı vəziyyətə düşüb.


Xəbərə aid fotolar