Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib


Siyasət 22 İyn 2018 18:25:45 268 0

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər.

"Report""RİA Novosti"yəistinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

"Azərbaycan vəErmənistanxarici işlər nazirləri münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüşmək barədə razılıq əldə ediblər", - o deyib.