Rusiyada amerikalı azarkeş xəstəxanaya yerləşdirilib


İdman 22 İyn 2018 18:22:00 267 0

Rusiyada amerikalı azarkeş xəstəxanaya yerləşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərində bir ABŞ vətəndaşı psixiatrik xəstəxanaya yerləşdirilib. Goal.az xəbər verir ki, 39 yaşlı şəxs dünya çempionatının oyunlarını izləmək üçün gəlib. Azarkeşə görə otel təcili tibbi yardıma müraciət edib. Nömrəyə gələn həkimlər amerikalı şəxsin aqressiv olduğunu görüb polisə xəbər veriblər. Nəticədə asayiş keşikçiləri ona fiziki güc tətbiq edərək xəstəxanaya aparıblar.