"Neftçi" Futbol Akademiyasının koordinatoru əcnəbi mütəxəssis olacaq


Digərləri 22 İyn 2018 18:15:00 350 0

"Neftçi" Futbol Akademiyasının koordinatoru əcnəbi mütəxəssis olacaq

"Neftçi"nin Futbol Akademiyasına əcnəbi koordinator təyin olunacaq.

Son.az xəbər verir ki, bu barədə report-a klubun prezidenti Kamran Quliyev bildirib.

K.Quliyevin sözlərinə görə, bu addım flaqmanın ambisiyasından xəbər verir və yeni səviyyəyə yüksəltmək məqsədilə atılıb: "Söhbət onun əcnəbi və ya yerli olmasından yox, "Neftçi"nin yeni layihə kimi böyüməsindən gedir. Akademiyada çalışanlar yerli və ya əcnəbi yox, təcrübələri ilə fərqləndiriləcəklər".

Klub prezidenti koordinatorun hansı ölkədən olacağını açıqlamayıb: "Həmin şəxs Roberto Bordinə görə italiyalı olmalıdır deyə bir şey yoxdur. İtaliyalı olmaya da bilər. Amma futbol ölkəsindən gəlməsi daha yaxşı olardı".